Təsir edici maddələr: Mankozeb, 640 q/kq + mefenoksam, 40 q/kq.
Preparatın forması: Suda dispersiya olunan qranullar (VDG).
Üstünlükləri:
İki fərqli təsir mexanizmi sayəsində vegetasiya dövründə geniş spektrli göbələk infeksiyalarından etibarlı müdafiə təmin edir.
Yarpaq aparatının qorunmasına və inkişafına kömək edərək fotosintezin effektivliyini artırır.
Rezistentliyə (müqavimətə) qarşı mübarizə proqramlarında uğurla istifadə olunur.
Quraq və isti bölgələrdə tətbiq üçün əla seçimdir.
Tətbiq olunan bitkilər və əsas hədəflər:
Üzüm: Mildiu.
Kartof: Fitoftoroz, alternarioz.
Soğan: Peronosporoz.
Təsir mexanizmi: Mankozeb bitki səthində qoruyucu baryer yaradaraq sporların cücərməsinin qarşısını alan kontakt komponentdir. Mefenoksam isə yüksək sistem aktivliyə malikdir, bitki toxumalarına nüfuz edərək həm qoruyucu, həm də müalicəvi təsir göstərir. Oomiset sinfinə daxil olan patogenlərə qarşı yüksək aktivlik nümayiş etdirir.