Təsir edici maddələr: Tiametoksam, 150 q/l + alfa-sipermetrin, 150 q/l.
Preparatın forması: Suspenziya konsentratı (KS).
Üstünlükləri:
Zərərvericilərə qarşı geniş təsir spektrinə malikdir.
Yüksək təsir sürəti və ani effektivlik göstərir.
Zərərvericilərə qarşı profilaktik, operativ və uzunmüddətli qorunmanı təmin edir.
Tətbiq olunan bitkilər və əsas hədəflər:
Payızlıq və yazlıq buğda, payızlıq və yazlıq arpa: Zərərli tısbağac, çörək böcəkləri, birələr, taxıl milçəkləri, mənənələr, tripslər.
Alma: Alma çiçəkyeyəni, alma meyvəyeyəni, yarpaqbükeslər.
Noxud, günəbaxan, qarğıdalı, raps: Müxtəlif növ zərərvericilər və sovkalar.
Təsir mexanizmi: Tiametoksam güclü sistem aktivliyə malikdir, bitkinin bütün hissələrinə nüfuz edərək zərərvericilərin sinir sistemini bloklayır. Alfa-sipermetrin isə kəskin kontakt-mədə təsiri göstərərək həşəratların hərəkətini dərhal dayandırır. İlk əlamətlər 1-3 saat ərzində görünür, kütləvi məhvolma isə 3-10 saat ərzində baş verir.