WhatsApp
Telefon
İnstagram

Təsir edici maddələr: Propikonazol, 250 q/l + tsiprokonazol, 80 q/l.

Preparatın forması: Emulsiya konsentratı (EK).

Üstünlükləri:

  • Füzariozun, sünbül qaralmasının və müxtəlif çürümələrin idarə olunmasında yüksək effektivlik göstərir.

  • Bitki toxumalarına sürətlə nüfuz edərək ilkin mərhələdə məhv edici təsir göstərir.

  • 40 günə qədər davam edən uzunmüddətli qoruyucu təminat yaradır.

  • Əlverişsiz hava şəraitinə yüksək uyğunlaşma qabiliyyətinə malikdir.

Tətbiq olunan bitkilər və əsas hədəflər:

  • Payızlıq və yazlıq buğda, arpa: Qonur, sarı və gövdə pas xəstəlikləri, septorioz, pirenoforoz, unlu şeh, helminthosporium ləkəlilikləri, rinxosporioz.

  • Şəkər çuğunduru: Sərkosporioz, fomoz, unlu şeh.

  • Noxud: Pas, askohitoz.

Təsir mexanizmi: Triazol qrupuna daxil olan aktiv maddələr bitkinin vegetativ orqanlarına sürətlə yayılaraq həm xarici, həm də daxili infeksiyaları aradan qaldırır. Göbələk hüceyrələrinin divarlarında sterinlərin sintezini dayandıraraq mitselinin böyüməsinin qarşısını alır və spor əmələ gəlməsini dayandırır. Preparat tətbiqdən 1-3 saat sonra bitkiyə sorulur.