WhatsApp
Telefon
İnstagram

Üstünlükləri:

  • Bitkiləri asan mənimsənilən fosfor və azotla təmin edən yüksək effektiv qranul gübrədir
  • Tərkibində 12% azot (N), 52% fosfor (P₂O₅), 2% kükürd (S) və 0,1–0,6% maqnezium (MgO) mövcuddur
  • Ammonium formasında olan azot fosforun bitki tərəfindən daha yaxşı mənimsənilməsinə kömək edir
  • Qranul ətrafında torpaq məhlulunun müvəqqəti turşulaşması hesabına xüsusilə neytral və zəif qələvi torpaqlarda yüksək effektivlik göstərir
  • Güclü kök sisteminin formalaşmasını və bərabər cücərməni stimullaşdırır
  • Bitkilərin vegetativ və generativ inkişafını sürətləndirir
  • Məhsuldarlığın və kənd təsərrüfatı məhsullarının keyfiyyət göstəricilərinin yüksəlməsinə kömək edir
  • Əlverişsiz mühit amillərinə qarşı bitkilərin davamlılığını artırır
  • Məhsulun yetişməsini sürətləndirir

Tətbiq sahəsi:

  • Bütün növ birillik və çoxillik tarla bitkiləri, tərəvəz və meyvə bitkilərində əsas gübrə kimi səpin və ya əkin öncəsi, həmçinin səpin/əkin zamanı tətbiq oluna bilər
  • Səpin zamanı tətbiq edildikdə kök sisteminin inkişafına, cücərmənin bərabərliyinə və bitkilərin generativ inkişaf mərhələsinə daha tez keçməsinə müsbət təsir göstərir