Təsir edici maddələr: İmidakloprid, 300 q/l + tebukonazol, 30 q/l + tiabendazol, 30 q/l + imazalil, 20 q/l.
Preparatın forması: Suspenziya konsentratı.
Üstünlükləri:
Çoxkomponentli tərkibi sayəsində əlavə qarışıqlara ehtiyac duymur.
Bitkinin erkən inkişaf mərhələsində həm gizli, həm də açıq inkişaf edən zərvericiləri məhv edir.
Toxum və torpaq infeksiyalarından uzunmüddətli qorunmanı təmin edir.
Tətbiq olunan bitkilər və əsas hədəflər:
Payızlıq və yazlıq buğda, arpa, çovdar, yulaf: Bərk və tozlu sürmə, kök çürümələri (helminthosporium və fusarium mənşəli), unlu şeh, toxumların kiflənməsi, həmçinin çörək böcəyi, taxıl birəcikləri, zərərli milçəklər və s.
Təsir mexanizmi: Dörd fərqli aktiv maddənin birləşməsi sayəsində həm zərvericilərin sinir sistemini bloklayır, həm də göbələk hüceyrələrinin divarlarını və nüvə bölünməsini pozaraq onların məhvini təmin edir. Zərvericilərə qarşı qoruyucu təsiri 50 günə qədər davam edir.