Qarğıdalı səpinində düzgün dərinlik – Yüksək məhsuldarlığın açarıdır!

Qarğıdalı səpərkən optimal dərinlik nədir? Doğru səpin məhsuldarlığa necə təsir edir?
Araşdırmalar göstərir ki, ən yaxşı nəticə 5 sm dərinliyə səpilən qarğıdalılarda müşahidə olunur:
5 sm Dərinlik (Optimal seçim):
Toxum və torpaq təmasını maksimal dərəcədə yaxşılaşdırır.
Bərabər və birvarı cücərməni təmin edir.
Daha güclü nodal kök sisteminin inkişafına şərait yaradır.
Toxumların daha sabit mühitdə inkişaf etməsini təmin edərək güclü bitki quruluşu və yüksek məhsuldarlıq potensialı yaradır.
3,8 sm və daha az (Dayaz əkin):
Toxumlar nəmin itirilməsinə daha həssas olur.
Nizamsız (qeyri-bərabər) cücərməyə və zəif kök sisteminə risk yaradır.
Nəticə: Qarğıdalı səpini zamanı 5 sm dərinliyi seçməyə diqqət yetirin! Daha güclü cücərmə, sağlam köklər və yüksək məhsul üçün elmi tövsiyələrə əməl edin. Unutmayın, düzgün əkin üsulu yüksək məhsuldarlıq üçün ilk və ən vacib addımdır!